Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçiriləcək?backend

Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçiriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın vaxtlarda Qarabağda (Suqovuşan kəndi yaxınlığında) Ermənistan və Azərbaycan milli təhlükəsizlik xidmətləri rəhbərlərinin, Qarabag separatçıların lideri Araik Arutyunyanın və Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovun iştirakı ilə görüşü baş tutacaq.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumatı dünən axşam Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Ermənistan hökumətindəki mənbələrə istinadən özünün teleqram kanalında paylaşıb.

Onun sözlərinə görə, görüş barədə razılıq Ermənistan Milli Təhlükəsizlik Xidməti rəisinin Moskvaya son səfəri zamanı Rusiya FTX-nin rəhbəri Bortnikovla görüşü zamanı əldə edilib.

Minasyanın yazdığına görə, qarşıdakı görüşdə iştirakçılar “infrastruktur məsələlərini”, əslində isə Qarabağın qalıqlarının Azərbaycana inteqrasiyası addımlarını müzakirə edəcəklər.

Qeyd edək ki, Ermənistan və Azərbaycan Təhlükəsizlik Xidmətlərinin rəhbərləri – Abazyan və Nağiyev, yanvar ayında Moskvada FTX rəisinin vasitəçiliyi ilə və daha sonra Ermənistan-Azərbaycan sərhədində görüşmüşdülər.

Erməni tərəfin verdiyi məlumata görə, eyni tərkibdə belə bir görüş fevralın 12-də Qarabağda da keçirilmişdi, burada tərəflər əsir mübadiləsi və birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin axtarışı daxil olmaqla humanitar məsələləri müzakirə etmişdilər.