Azərbaycan və Ermənistanın XİN başçıları ABŞ-da görüşəcəkbackend

Azərbaycan və Ermənistanın XİN başçıları ABŞ-da görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin yanvarda ABŞ-də görüşünə dair razılıq əldə olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan ölkə İctimai televiziyasının efirində danışarkən bildirib.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmağa hazır deyil, yekun layihə yoxdur. Yanvarda ABŞ-də keçiriləcək xarici işlər nazirləri səviyyəsində görüş zamanı sülh müqaviləsinin mətninin nəhayət razılaşdırılacağına ümid var”, – deyə Marukyan bildirib.

O, Azərbaycan tərəfinin bu görüşə razılıq verdiyini bəyan edib.