Hindistanın görkəmli siması, sevilən televiziya və film xadimi “Marwah Studiyası”nın rəhbəri Sandeep Marvah ilə “Nəriman Film Production”un rəhbəri, Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov arasında iki ölkənin film sənayesinin inkişafı üçün görüşü baş tutub.
NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, görüş zamanı müxtəlif film və bu sahəyə aid işlərin araşdırılması atılacaq addımlarla bağlı razılıq əldə olunub.
“Baş ofisi Bakıda yerləşən və dünya miqyasında bir çox filialı olan “Global Film Line” istehsalat və xidmət şirkətiyik. Bizim missiyamız Azərbaycanda və xarici biznesdə kino çəkilişləri ictimaiyyətinə keyfiyyətli, brendləşmiş peşəkar istehsal, video və fotoqrafiya xidmətləri, etibarlı və yeni növ icarə avadanlıqları, texniki dəstək, idarəetmə dəstəyi və qüsursuz müştəri xidməti təqdim etməkdir”, deyə Nəriman Məmmədov qonağa production haqqında məlumat verib.
Görüş zamanı Sandeep Marvah filmlərə, televiziya üçün hazırlanmış işlərə və bu kimi bir çox nümayişlərə hər zaman qatıldığını və xüsusi nəzərində olduğunu vurğulayıb. Bundan əlavə o, filmlə bağlı təlim proqramları və təhsili ilə məşhur olan AAFT universitetindən də danışıb.
S.Marvah Hindistan və Azərbaycanın kino sənayesini yaxınlaşdırmaq üçün ümumi maraqların müəyyən edilməsi və imkanların yaradılmasında işlərin mühümlüyündən bəhs edib.
Görüş zamanı daha sonra bildirilib ki, bu əməkdaşlıq mədəni mübadilənin gücləndirilməsi, film istehsalı texnikaları və hekayələrin izahında yeniliklərin təşviq edilməsi, hər iki ölkənin kinorejissorlarına və tamaşaçılarına fayda verərək birgə istehsal, paylaşılan resurslar və film layihələrində qarşılıqlı dəstəyi ilə nəticələnəcəyi gözlənilir.