İranın Kərəc şəhərinin keçmiş cümə imamı Şeyx Yunis Turabi çıxışında həm Azərbaycan, həm də İran liderinin ünvanına təhqiramiz ifadələr işlədib.
NOCOMMENT.az “Azad İran” telegram kanalına əsasən xəbər verir ki, molla Azərbaycanı İsrailin hərbi planlarına səssiz qalmaqda ittiham edərək, Təl-Əvivin bölgədə hərbi mövcudluğuna şərait yaratdığını bildirib.
O, eyni zamanda öz ölkəsinin Prezidenti Məsud Pezeşkianı Trampa cavab verməməkdə və Qərbə qarşı zəiflik göstərməkdə günahlandırıb.\\Patrulaz.az