Azərbaycanın xarici işlər işlər naziri Ceyhun Bayramov və İranın XİN başçısı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın “İrna” informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı nazirlər son günlər baş verən hadisələrlə bağlı geniş müzakirələr aparıblar. Bundan əlavə, Bakı və Tehran arasında ikitərəfli münasibətlər və bəzi regional məsələlərə toxunulub, mövcud vəziyyətdən çıxış yolları müzakirə edilib.