Azərbaycan və Özbəkistan XİN başçıları arasında telefon danışığı olubbackend

Azərbaycan və Özbəkistan XİN başçıları arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, nazirlər əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən ikitərəfli münasibətlərim inkişafı üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış əməkdaşlıq imkanları və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.