Oktyabrın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
“Telefon danışığı zamanı iki ölkə arasında mövcud və gələcək strateji tərəfdaşlıq əlaqələri, regional təhlükəsizlik, xüsusilə də Yaxın Şərqdə vəziyyət və Qəzzada atəşkəs barədə razılaşmadan irəli gələn məsələlər müzakirə olunub”, məlumatda deyilir.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Məhəmməd İshaq Dar sosial media hesabında paylaşım edib.