Azərbaycan və Rusiya XİN rəhbərləri 10 noyabr sazişini müzakirə ediblərbackend

Azərbaycan və Rusiya XİN rəhbərləri 10 noyabr sazişini müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin 15 noyabr tarixində Azərbaycan Respublikası Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.