Azərbaycan və Serbiya arasında qaz təchizatı və yaşıl enerji sahəsində sənədlər imzalanıb.
NOCOMMENT.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Qeyd olunub ki, SOCAR və “Srbijagas” tərəfindən 1 noyabr 2024-cü il – 1 aprel 2025-ci il tarixləri arasında əlavə gündəlik 1 milyon kubmetr qaz təchizatı üzrə alqı-satqı müqaviləsi və “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
“Belqradda Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç ilə enerji əməkdaşlığımızın genişləndirilməsinə dair səmərəli görüşümüz oldu. SOCAR və “Srbijagas” tərəfindən 1 noyabr 2024-cü il – 1 aprel 2025-ci il tarixləri arasında əlavə gündəlik 1 milyon kubmetr qaz təchizatı üzrə alqı-satqı müqaviləsi və “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalandı”, – paylaşımda qeyd olunub.