Azərbaycan vətəndaşları Almaniyadan geri qaytarıldılarbackend

Azərbaycan vətəndaşları Almaniyadan geri qaytarıldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 30 noyabr tarixində 23 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edilib ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.