Rusiyanın Rostov vilayətində miqrantların fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. Belə ki, 1 aprel–31 dekabr tarixləri arasında miqrantların kuryer, ərzaq, içki və tütün məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olması qadağan ediləcək.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə Rusiya mediası məlumat yayıb.
Eyni zamanda, miqrantların quru və boru kəməri nəqliyyatı, eləcə də poçt rabitəsi sahəsində fəaliyyət göstərməsi də məhdudlaşdırılacaq. Bu barədə vilayət qubernatorunun müvafiq sərəncamında qeyd olunur.
Bundan əlavə, martın 1-dən etibarən miqrantlara qiymətli metalların satışı və fitnes mərkəzlərinin fəaliyyətində iştirak da qadağan ediləcək.
Qeyd edək ki, qadağalar yalnız patent əsasında işləyən miqrantlara şamil olunacaq. Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin — Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan vətəndaşları bu məhdudiyyətlərdən kənarda qalacaq.
Patent almaq öhdəliyi isə Azərbaycan, Moldova, Tacikistan və Özbəkistan vətəndaşlarına aiddir.
Sara













