Azərbaycan hər il Vyetnama 1000 tondan çox ət ixrac edəcək.
NOCOMMENT.az-ın Report-a istinadən məlumatına görə , bununla bağlı Bakıda “Canet” MMC ilə Vyetnam Aşpazlar Assosiasiyası arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
Çatdırılmalar əsasən hava yolu ilə həyata keçiriləcək.
Yada salaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında Azərbaycandan Vyetnama 302 min ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 282 dəfə azdır. Eyni zamanda, bu ilin iki rübündə Azərbaycan Vyetnamdan 63 milyon 386 min ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8% azdır.