Bu ilin yanvar-avqust aylarında Azərbaycan düyü idxalına 50 milyon dollar xərc çəkib.
NOCOMMENT.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 milyon dollar və ya 36,4% çoxdur.
Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,39 %-ni təşkil edib.
Əlavə edək ki, ötən ilin eyni aylarında ölkəyə idxal edilən düyü 36,6 milyon dollar dəyərində olub.