Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıbbackend

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmində böyük azalma yaşanaraq 1 mlrd. 762 mln. 690 min ABŞ dollarına (2 mlrd. 996 mln. 573 min manat) düşüb.

NOCOMMENT.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, 2023-cü ildə bu rəqəm 3 mlrd. 117 mln. 441 min ABŞ dolları (5 mlrd. 299 mln. 649.7 min manat) həcmində idi.

Birləşmiş Ərəb Əmirlikləri ən çox birbaşa investisiya yatırılan ölkə olub. Son 1 ildə bu ölkəyə 457 mln. 531 min ABŞ dolları investisiya yatırılıb. İkinci sırada 248 mln. 957 min ABŞ dolları ilə Türkiyə, üçüncü sırada isə 165 mln. 46 min ABŞ dolları ilə Gürcüstan qərarlaşıb.

İlk beşliyi isə Birləşmiş Krallıq və Özbəkistan tamamlayıb.

Bu ölkələrə ötən il müvafiq olaraq 111 mln. 160 min ABŞ dolları və 93 mln. 108 min ABŞ dolları birbaşa investisiya yatırıb.

İlk onluğa daxil olan ölkələrlə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:\\Valyuta.Az 

Dövlətlərin adı Məbləğ (min ABŞ dolları)
Birləşmiş Ərəb Əmirlikləri 457,531
Türkiyə 248,957
Gürcüstan 165,046
Birləşmiş Krallıq 111,160
Özbəkistan 93,108
ABŞ 88,527
İtaliya 72,379
İsveçrə 66,591
İspaniya 53,710
Avstriya 49,276