Azərbaycan XİN-in kollegiyasının tərkibi dəyişdibackend

Azərbaycan XİN-in kollegiyasının tərkibi dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli qərarda dəyişiklik edib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının Xarici İşlər naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavinləri

“ADA” Universitetinin rektoru

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi.