Azərbaycan XİN Pakistana başsağlığı veribbackend

Azərbaycan XİN Pakistana başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

NOCOMMENT-in xəbərinə görə, bu barədə XİN tvitterdə bildirib.

“Pakistanın Pişəvər əyalətində mədrəsəyə təşkil edilən terror hücumu, uşaqlar da daxil olmaqla günahsız insanların öldürülməsi və yaralanması xəbəri bizi çox kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik.

Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyir”, – deyə XİN-in paylaşımında bildirilib.