Azərbaycan yükü erməni milləti üçün qəbuledilməzdirbackend

Azərbaycan yükü erməni milləti üçün qəbuledilməzdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya yükləri Əsgəran vasitəsilə Dağlıq Qarabağa çatmayıb”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə David Qaltsyan erməni mediasına bildirib.

Qalstyanın sözlərinə görə Azərbaycan malların Artsaxa çatmasına maneə yaradır, eyni zamanda Azərbaycan təkcə bu deyil həm də bir çox qaydalara riayət etmir. “Telegram kanallarının məlumatına görə, yük hazırda Azərbaycanın Bərdə şəhərindədir. Azərbaycanın bu böhranlı vəziyyətin həllinə hər cür mane olması onu göstərir ki, Azərbaycan soyqırım aktlarından əl çəkməyib və bu istiqamətdə bütün addımları atır”.

Qalstyanın bildirib ki, mövcud vəziyyət Azərbaycanın Laçın dəhlizinin bağlanması ilə başlamayıb və Azərbaycanın müntəzəm olaraq qaydaları pozması ilə bitmir. “9 noyabr tarixli sənədin 6-cı maddəsi ilə bağlı danışıqlar maraqlı tərəf kimi Artsax Respublikasının təmsil olunacağı 3+1 formatında davam edəcək və bu formatda problemlər həll edilməyə çalışılacaq”.

Artsax hakimiyyətinin Azərbaycandan keçən Akna (Ağdam) yolunun açılmasına dair razılaşmasını tənqid edən Qalstyan qeyd edib ki, ümumiyyətlə, Azərbaycan yükü erməni milləti üçün qəbuledilməzdir, istər Azərbaycandan olsun, istərsə də yox.İstər Azərbaycan maşınında olsun, istərsə də rus.