Azərbaycana dəhşətli soyuqlar gəlir? – YANVARDA…backend

Azərbaycana dəhşətli soyuqlar gəlir? – YANVARDA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sakinlərinə dəhşətli soyuq barədə xəbərdarlıq edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand xəbərdarlıq edib.

Bildirilib ki, bəzi regionlarında mənfi 51 dərəcəyə qədər şaxta müşahidə olunacaq. Maraqlıdır, Azərbaycanda da qış sərt keçəcək? Məsələ ilə bağlı “Cebhe.info”-ya açıqlamasında meteoroloq Cavidan Əliyev bildirib ki, yaxın zamanda kəskin soyuqların olacağı gözlənilmir: “Əslində, Rusiyada şaxtalı havanın olması bizdə də qışın sərt keçməsinə zəmanət verir.

Lakin hazırki şaxtalı hava Rusiyanın şərqində, Sibirdədir”.

O bildirib ki, bir həftə ərzində kəskin soyuqlar olmayacaq, amma ehtimal olunur ki, yanvarda soyuq hava şəraiti başlaya bilər: “Çünki şaxtalı hava mərkəzi aktiv qaldıqda, bu, bizə də müəyyən qədər təsirini göstərəcək. Yəni qışın sərt keçəcəyi riski var”.