Bu ilin sentyabr ayında Azərbaycana ən çox idxal edilən mobil cihaz markaları açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “AzInTelecom” MMC-dən məlumat verilib.
Bildirilib ki, ay ərzində fərdi istifadə üçün ölkəyə ən çox gətirilmiş və “AzInTelecom” MMC-nin Mobil Cihazların Qeydiyyat Sistemi tərəfindən qeydiyyata alınmış mobil cihazlar aşağıdakı şirkətlərə aid olub:
1. “Apple”
2. “Samsung”
3. “Xiaomi”
4. “Huawei”
5. “Oppo”
6. “Tecno Telecom”
7. “Infinix Technology”
8. “Shangai Hezhou Cominication”
9. “Quectel Wireless Soliton”
10. “SimCom”
Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində ölkəyə 251 milyon 717 min dollar dəyərində 904 min 782 ədəd smartfon idxal edilib.