Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı dəfələrlə artıbbackend

Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı dəfələrlə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin birinci rübü ilə müqayisədə Azərbaycana gələn Rusiya vətəndaşlarının sayında kəskin artım qeydə alınıb. 2021-ci ilin birinci rübündə Azərbaycana 20 min nəfər gəlmişdi. Cari ilin analoji dövründə bu rəqəm 56 min nəfər təşkil edib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sərhəd Xidmətinin saytı məlumat yayıb.

Xidmət 2022-ci ilin yanvar-mart aylarında ölkəni tərk edən vətəndaşların sayının kəskin artdığını etiraf edib. Rəsmi statistika portalında (EMISS) dərc olunan məlumatda deyilir ki, ölkə vətəndaşlarının Gürcüstana axını təxminən beş dəfə artıb.

Özbəkistana (əvvəlki bir ildə 15 minə qarşı cari il 53 min nəfər), Tacikistana (müvafiq olaraq 8 və 40 min nəfər) gedənlərin sayında da əhəmiyyətli artım müşahidə olunub.

Bundan əlavə, Rusiya vətəndaşlarının İslam ölkələrinə də axını xeyli artıb: Bəhreynə (demək olar ki, üç min nəfər, keçən il isə cəmi üç nəfər gedib), Misirə (351 min nəfər, keçən il – 16 min nəfər), Səudiyyə Ərəbistanına (beş min nəfər, keçən il 45 nəfər), BƏƏ-yə (263 min nəfər, keçən il 115 min nəfər), Livana (keçən il 110 nəfərə qarşı bu il 810 nəfər).