Azərbaycana gətirilən hibrid və elektrik avtomobillərin qiymətləri bilindi – MƏBLƏĞbackend

Azərbaycana gətirilən hibrid və elektrik avtomobillərin qiymətləri bilindi – MƏBLƏĞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar ayında Azərbaycana xaricdən 4 min 642 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

NOCOMMENT Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ölkəyə gətirilən avtomobilləri ümumi gömrük dəyəri 53 milyon 444,6 min dollar olub. Nəticədə ölkəyə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 11 min 513 dollar (19 min 572 manat) olub.

Yanvar ayı ərzində Azərbaycana 4 min 238 ədəd minik avtomobilləri, 31 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 367 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 6 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Bundan başqa xaricdən 459 ədəd daxiliyanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), 2 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.

Hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 5 min 57 dollar (8 min 597 manat) olub. Yalnız elektrik mühərriklə hərəkətə gətirilən 1 ədəd nəqliyyat vasitəsinin orta gömrük dəyəri isə 129,2 min dollar (220 min manat) olub.

Məlumat üçün bildirək ki, ötən ilin yanvar ayında Azərbaycana yalnız elektrik mühərriklə hərəkətə gətirilən7 ədəd nəqliyyat vasitəsi gətirilib.