Azərbaycana qarşı təzyiqlər İtaliyanın diqqət mərkəzində saxlanılacaq – İtaliyalı deputatlarbackend

Azərbaycana qarşı təzyiqlər İtaliyanın diqqət mərkəzində saxlanılacaq – İtaliyalı deputatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə günü Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Daimi Komitəsi ilə İtaliya Senatının Xarici Əlaqələr və Müdafiə Komitəsi arasında onlayn iclas keçirilib.

NOCOMMENT.az xəbər verir ki,  erməni deputatlar italiyalı deputatlara Dağlıq Qarabağdakı humanitar vəziyyət və regionun təhlükəsizlik vəziyyəti ilə bağlı təqdimatla çıxış ediblər.

Komitə sədri Sarqis Xandanyan Azərbaycanın Laçın dəhlizini bağlamasından sonra son 10 ayda Dağlıq Qarabağda baş verən faktları dilə gətirib və son irimiqyaslı hərbi hücumun yaratdığı vəziyyəti izah edib.

İtaliyalı deputatlar isə erməni həmkarlarını dəstəkləməyə hazır olduqlarını bildirərək çətin vəziyyətin və Azərbaycana qarşı təzyiqlərin İtaliya hökumətinin diqqət mərkəzində saxlanılması üçün əllərindən gələni edəcəklərinə söz veriblər.