Şamaxıda 10 yaşlı uşağa qarşı zorakılıq olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə Şamaxı rayonunun Sabir qəsəbəsində baş verib.
Qəsəbə sakinləri – 1998-ci il təvəllüdlü R.M və 2004-cü il təvəllüdlü P.Nəbiyev həmyerliləri 2010-cu il təvəllüdlü oğlan uşağına zor tətbiq etməklə onunla cinsi əlaqədə olublar.
Hadisəni törədən R.M və P.Nəbiyev Saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. Oxu.az