Azərbaycanda 14 ölümcül bıçaq yarası alan qadın həyata qaytarıldı – VİDEObackend

Azərbaycanda 14 ölümcül bıçaq yarası alan qadın həyata qaytarıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonu ərazisində 1997-ci il təvəllüdlü Nuridə Əhədovanın əri tərəfindən çoxsaylı bıçaq zərbələri (azı 14) alması onun həyatında ciddi risk yaratmışdı.

NOCOMMENT.az xəbər verir ki, hadisəyə ilk müdaxilə “Olimp Hospital”dan gəlib.

Belə ki, hospitalın yaxınlığında baş verən faciəvi hadisəni xəstəxananın həkimi Vahid İsmayılov və digər tibbi heyət görüb və hadisə yerinə dərhal yaxınlaşaraq qanaxmanı dayandırmaq üçün ilkin müdaxilə edib.

Olimp Hospital

Bu müdaxilənin ardından vaxt itirmədən qadın tibbi heyət tərəfindən əməliyyatxanaya aparılıb. Boyun, qarın boşluğu, qol və üz nahiyələrindən xəsarət alan qadında ciddi qan itkisi olmasına baxmayaraq “Olimp Hospital”ın peşəkar həkim heyəti sayəsində 7 saatlıq çətin keçən əməliyyatdan sonra həyata qaytarmaq mümkün olmuşdur.

Olimp Hospital

Əməliyyat “Olimp Hospital”ın rəhbər heyəti: Samir Şükürov – Baş direktor, Səməd Səmədov – Baş həkim Əməliyyat: Vahid İsmayılov – Uroloq, İlyas Həsənov – İnvaziv radioloq, Anar Məmmədov – Ümumi cərrah, Nicat Səttarov – Travmatoloq-Ortoped, Araz Əliyev – Baş-boyun cərrahı, Mirəli Məcidov – Ürək-damar cərrahı, Ələsgər Ağayev – Anestezioloq-Reanimatoloq iştirakı ilə həyata keçirilmişdir.