Azərbaycanda 15 yaşlı qız itkin düşdü – FOTObackend

Azərbaycanda 15 yaşlı qız itkin düşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamda 15 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan NOCOMMENT.az-a bildirilib ki, Ağdam rayon sakini, 2008-ci il təvəllüdlü Elvira Həsrətli iyun ayının 10-da yaşadığı evdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb.

Onun tapılması ilə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

E.Həsrətlinin əlamətləri belədir: 160 sm boyu, 60-65 kq çəkisi, qara və qismən uzun saçları var. Əynində qara köynək və şalvar, ağ rəngli idman ayaqqabısı olub.

Şəkildəki şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti – Zəng Mərkəzinə, eləcə də Ağdam Rayon Polis Şöbəsinin (026)325-02-02 və 050-443-24-76 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.