Azərbaycanda 16 yaşlı qızı özündən 15 yaş böyük kişiyə ərə vermək istədilərbackend

Azərbaycanda 16 yaşlı qızı özündən 15 yaş böyük kişiyə ərə vermək istədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonunda 16 yaşlı qıza toya etmək istəyən valideynlər polis şöbəsinə gətirilib.

NOCOMMENT xəbər verir ki, Masallı rayon icra başçısının birinci müavini Məmmədhüseyn Hüseynov qafqazinfo-ya açıqlamasında bildirib ki, Sığınacaq kəndində 2005-ci il təvəllüdlü qız və 1990-cı il təvəllüdlü oğlana valideynləri toy etmək üçün hazırlıq görüblər.

“Toy mərasiminin bu gecə keçirilməsi planlaşdırılıbmış. Bizim məlumatımız əsasında polis əməkdaşları da hadisə yerinə cəlb olunub. Hər iki şəxsin valideynləri polis şöbəsinə gətirilib”.

Məlumata görə, qızın bir ay əvvəl 16 yaşı tamam olub.