Azərbaycanda 2021-ci il üçün inflyasiya göstəricisi açıqlandıbackend

Azərbaycanda 2021-ci il üçün inflyasiya göstəricisi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 2021-ci il üçün inflyasiya göstəricisi 3 faiz civarında proqnozlaşdırılır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

“Qlobal iqtisadiyyatda neft qiymətləri, dünya bazarında ərzaq qiymətlərinin gözləntiləri, pul kütləsinin artım tempi və sair digər amillərin fonunda növbəti ildə inflyasiya göstəricisi 3 faiz olacaq. Sonrakı üç ildə də 2,7- 2,8 faiz ətrafında olacağı proqnozlaşdırılıb”, – nazirliyin açıqlamasında bildirilir.