Azərbaycanda 5 min eşşək “yoxa çıxıb”backend

Azərbaycanda 5 min eşşək “yoxa çıxıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son 1 il ərzində eşşəklərin sayında ciddi azalma qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ilin əvvəlində ölkəmizdə 14 924 baş eşşək olub.

Məlumata görə, eşşəklərin böyük hissəsinin – 10 174-nün yaşı 3 və daha çoxdur.

Qeyd edək ki, ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək “yoxa çıxıb”.

Ümumiyyətlə son 20 ildə Azərbaycana eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42,2 min, 2014-cü ildə 43,4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14,9 min olub.

Eşşəklərin sayına görə rayonların sıralamasına Lerik başçılıq edir. Belə ki, bu rayonda 1 362 baş eşşək var. Onların 1000-ə yaxınının 3 və daha artıq yaşı var.

Sıralamada ikinci yeri 1 284 başla Şəmkir rayonu, üçüncü yeri isə 1 063 başla Ağstafa rayonu tutur.

Statistikaya görə, Bakı şəhərində cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir.

İqtisadi rayonlar arasında eşşəklərin sayının ən çox olduğu bölgələr Qazax-Tovuz (4 116 baş), Lənkəran-Astara (2 713 baş) və Quba-Xaçmazdır (1 812 baş),

İşğaldan azad edilən bölgələrə gəlincə, Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə 3 baş eşşək var.

Eşşəklərin sayının daha çox olduğu digər rayonlar aşağıdakıladır:

Qazax rayonu – 895 baş

Quba rayonu – 891 baş

Samux rayonu – 728 baş

Tovuz rayonu – 550 baş

Yardımlı rayonu – 553 baş

Sabirabad rayonu – 474 baş

Goranboy rayonu – 468 baş

Astara rayonu – 448 baş.