Azərbaycanda 51 gün komada qalan müəllim öldübackend

Azərbaycanda 51 gün komada qalan müəllim öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda ötən ay avtomobillə vurulan piyada xəstəxanada 51 gün komada qaldıqdan sonra dünyasını dəyişib.

NOCOMMENT lent-ə istinadən xəbər verir ki, Zəfər Ağayev Qəriblər kənd məktəbində müəllim işləyib.

Hadisə də elə həmin məktəbin qarşısında baş verib. O, əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha sonra Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. Uzun müddət burada saxlanılan Z. Ağayev dekabrın 29-da vəfat edib.