Azərbaycanda 87 yaşlı qadın diri-diri yandıbackend

Azərbaycanda 87 yaşlı qadın diri-diri yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

NOCOMMENT apa-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 15 radələrində rayonun Kürdşaban kəndində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Muradova Elnarə Cəfər qızına məxsus ümumi sahəsi 110 kvadratmetr olan ikiotaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Nəticədə ev içərisindəki əşyaları ilə birlikdə yanıb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb və yanğın söndürülüb. Yanğın kəşfiyyatı zamanı orada yaşayan, 87 yaşlı Mahmudova Badam Ağası qızının yanmış meyiti tapılıb.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.