Azərbaycanda ağıllı ev sistemlərinə maraq varmı? – ARAŞDIRMA – VİDEObackend

Azərbaycanda ağıllı ev sistemlərinə maraq varmı? – ARAŞDIRMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ağıllı ev” sistemlərinə maraq artıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, texnologiyanın inkişafı nəticəsində artıq insanların xəyallarındakı “ağıllı ev” reallığa çevirilib. “Ağıllı ev” sistemlərindən istifadə edərək qapınızın kilidinin açılmasından tutmuş işıqların yandırılmasına, pərdələrin açılmasına qədər hər şeyi sadecə mobil telefonunuz ilə idarə edə bilərsiniz.

2014-cü ildən binaların və evlərin avtomatlaşdırılması ilə məşğul olan Aqil Ömərli deyir ki, insanların bu sistemlərə marağı günü-gündən artır.

Onun sözlərinə görə, mənzil alanların çoxu evlərində ağıllı texnologiyaların tətbiqinə ehtiyac duyur.

Müsahib deyir ki, ağıllı cihazlar Almaniya, İtaliya, Amerika və Çindən gətirilir. Sadəcə mənzillər deyil, bütün bina da ağıllı sistemlərlə təchiz oluna bilir.

Üstünlüklər təkcə bununla da bitmir. Bazarda hətta satışa çıxarılan rəqəmsal güzgülər də mövcuddur ki, siz bu güzgüyə baxanda eyni zamanda film izləyə, sağlamlıq və üz-dəri problemlərinizi təhlil edə bilərsiniz.

Təbii ki, bütün bu qulağa və gözə xoşgələn xidmətlər ucuz deyil. Qiymətlər istək və tələblərə uyğun olaraq dəyişir. Məsələn, evə təhlükəsizlik sistemlərinin qoşulması minimum 5000 manatdan başlayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.