Azərbaycanda ağır QƏZA – Ölən və yaralılar varbackend

Azərbaycanda ağır QƏZA – Ölən və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, qəza Şəmkir–Gədəbəy yolunun Qasımallılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mitsubishi” və “VAZ 2106” markalı avtomobillər toqquşub. Qəza zamanı 73 yaşlı şəxs xəstəxanaya aparılarkən yolda həyatını itirib. Daha 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.