Azərbaycanda ağır yol qəzası: ölən və xəsarət alan varbackend

Azərbaycanda ağır yol qəzası: ölən və xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol qəzası olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Report məlumat yayıb.

Hadisə İsmayıllı rayon mərkəzinin H.Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, “BMW” və “VAZ 2106” markalı avtomaşınlar toqquşub. Nəticədə “VAZ”ın sürücüsü Rəhimov Məhəmməd Abdul oğlu hadisə yerində ölüb.

“BMW”nin sürücüsü Elməddin Məmmədli isə ağır bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.