Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti ucuzlaşacaqbackend

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti ucuzlaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına neft emalı zavodunda Avro-5 standartına cavab verən “Aİ-95” markalı avtomobil benzini istehsalına başlanılır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə report-a SOCAR-dan bildirilib.

”SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir”, – məlumatda qeyd olunur.

Bildirilir ki, layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib.

“Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan ”Aİ-92” və “Aİ-95” markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb”, – SOCAR-dan bildirilib.

Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan “Aİ-95” markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcək.

Məlumatda vurğulanır ki, Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan “Aİ-95” markalı avtomobil benzininin 1 litrinin qiymətinin iyulu 15-dən bazarın konyukturasına uyğun olaraq, 0,40 manat ucuzlaşaraq 1,60 manat olması nəzərdə tutulub.