Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlandıbackend

Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 11-ə olan statistik göstəriciləri açıqlayıb.

NOCOMMENT.az TƏBİB-ə istinadən xəbər verir ki, bu gün daha 8045 test aparılıb və beləliklə ümumi test sayı 560.356-a çatıb

Məlumata görə Azərbaycanda reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 339 nəfərə çatıb. Süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı isə 49-du.

Xatırladaq ki, Azərbaycanda 531 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə aktiv xəstə sayı 8 616 nəfərdir.