Son illərdə Azərbaycanda atların sayında sürətli azalma müşahidə edilir.
NOCOMMENT.az statistik məlumatlara istinadən xəbər verir ki, atların sayı 2012-ci ildə 77 208 baş olduğu halda, 2023-cü ilin sonunda 53 076 başa düşüb. Müqayisə olunan dövrdə atların sayında 24 132 baş, yəni 31 faizdən çox azalma qeydə alınıb.
Azərbaycanda ən çox at dağlıq rayonlarda saxlanılır. Son illərdə dağlıq rayonlarda da atların sayı sürətlə azalır. Məsələn, Şəki-Zaqatala regionunda on il əvvəl 13 605 baş at olduğu halda, 2024-cü ilin əvvəlində atların sayı 7 453 başa düşüb.