Dünyada baş verən iqtisadi proseslər Azərbaycana da təsirsiz ötüşmür.
NOCOMMENT.az xəbər verir ki, xaricdən idxal olunan məhsullarda qiymət artımı başa düşülən olsa da, daxili istehsal məhsullarının aybaay bahalaşması anlaşılmır.
Ay ərzində bu bahalaşma gözə görünməsə də, 6 ayda ailə büdcəsinə ciddi təsir edəcək məbləğə çevrilir. Məsələn, marketlərdə aparılan müşahidələr göstərir ki, son 6 ayda kəllə qənd 20, duz 15, çay 30, qablaşdırılmış yumurta 21, qablaşdırılmış süd 30, xama 10, ağ pendir 10, qarğıdalı yağı 49, günəbaxan yağı 31, zeytun yağı 25, toyuq budu 20, qarabaşaq 54 qəpik bahalaşıb. Kərə yağında 3 manat 61 qəpik, dana ətində isə 2 manat 60 qəpik artim var.
Maraqlıdır ki, çox vaxt bahalaşma dünyada baş verən müxtəlif iqtisadi çalxalanmalarla əsəslandırılır. Ancaq sakitlik dövründə də qiymət artımı gizli şəkildə davam edir.
Bəs bunun əsas səbəbləri nələrdir?
Suallarımızı iqtisadçı ekspert Akif Nəsirli cavablandırıb./Bakupost.az/










