Azərbaycanda bank səhmdarları nə qədər qazanır?backend

Azərbaycanda bank səhmdarları nə qədər qazanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan bankları 2023-cü ildə 456 mln. manat dividend ödəyib. 

NOCOMMENT.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, 2024-cü ildə isə banklar səhmdarlarına ümumilikdə 610 mln. manat qazandırıb.

Başqa sözlə, Azərbaycanda bir bankın səhmdarları orta hesabla 2023-cü ildə 21 mln. manat, 2024-cü ildə isə 28 mln. manata yaxın dividend əldə edib.

AMB bildirdiyinə görə, 2024-cü ilin 11 ayında banklar 966 mln. manat xalis mənfəət əldə edib, sektorun kapital rentabelliyi (ROE) göstəricisi isə 18.4% təşkil edib. Dövr ərzində sektorun məcmu kapitalının həcmi 6 mlrd. manatı ötüb, məcmu kapital adekvatlılığı isə 17.5% olub.\\Valyuta.az