Azərbaycanda banklardan rekord mənfəət – 1 milyard manatbackend

Azərbaycanda banklardan rekord mənfəət – 1 milyard manat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk 11 ayında Azərbaycanda fəaliyyət göstərən banklar 997,4 milyon manat manat xalis mənfəət əldə edib.

NOCOMMENT.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların mənfəəti 16% və ya 138 milyon manat artıb.

Qeyd edək ki, 11 ayda bankların əldə etdiyi mənfəət rekord göstərici hesab edilir. Daha əvvəl banklar heç vaxt bu qədər mənfəət əldə etməyiblər.

Onu da bildirək ki, 11 ayda banklar 254,6 milyon manat mənfəət vergisi ödəyiblər. Ötən ilin eyni dövründə bankların ödədiyi mənfəət vergisi 196,6 milyon manat olub./Yeniavaz.com