Azərbaycanda baş redaktor vəfat etdibackend

Azərbaycanda baş redaktor vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçala rayonunda baş redaktor dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, rayonda fəaliyyət göstərən “Gündoğar” qəzetinin baş redaktoru, jurnalist Habil Əsədov bu gün vəfat edib.

Qeyd edək ki, Əsədov Habil Əsəd oğlu 1947-ci ildə Neftçala rayonu Abasallı kəndində anadan olub. Xıllı qəsəbə tam orta məktəbini və Azərbaycan Dövlət Universitetini bitirib.

O, 1973-cü ildən rayonda fəaliyyət göstərən “Gündoğar” (o vaxtkı “Oktyabr bayrağı”) qəzetində çalışıb.
Trend