Azərbaycanda “Bayraktar”dan bəhs edən uşaq kitabı çap edildi – FOTObackend

Azərbaycanda “Bayraktar”dan bəhs edən uşaq kitabı çap edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlçuk Bayraktara həsr olunan “Bayraktar” kitabı nəşr edilib.

NOCOMMENT xəbər verir ki, baku.ws kitabın müəllifi Məhəbbət Əsədovadan müsahibə götürərək onun fikirlərini öyrənib.

Nəşrdə Səlçuk Bayraktarın timsalında uşaqlara milli vətənpərvərlik ruhunun aşılanmasından bəhs edilir.

Müəllif bu kitabı yazmaq fikrinin torpaqlarımızın işğaldan azad olunması münasibəti ilə 2020-ci ilin dekabrın 10-da təşkil təşkil edilən “Zəfər paradı” zamanı meydana gəldiyini bildirib. Belə ki, parad zamanı Əsədovanın oğlu Əli ona “Bayraktar” pilotsuz uçuş aparatları, o cümlədən onun yaradıcısı Səlçukla bağlı suallar verir.

Oğlunun ordumuzun erməni işğalçıları üzərində böyük qələbəsində əvəzsiz rolu olan bu pilotsuz uçuş aparatları və onu yaradıcısı haqqında heç bir məlumatı olmadığını görən müəllif Səlçuk Bayraktarın həyat hekayəsini oğlu Əlinin simasında bütün uşaqlara nümunəvi həyat yolu kimi göstərmək qərarına gəlir və bu kitabı qələmə alır.

Kitabın əsas süjet xətti uşaqlarda vətənə sevgi aşılamaq, digər iki istiqaməti isə Səlçukun ailəsinə və vətəninə bağlığı timsalında ailəyə və vətənə bağlı olmağın, dünya ölkələrinin müxtəlif universitetlərində aldığı ali təhsillə və gördüyü işlə isə özünə inamın təbliğinin nümayişidir. Kitabın yazılmasında isə məqsəd uşaqlarda motivasiya yaratmaqdır.

Nəşrdə nə din, nə siyasət təbliğ olunmur. Türk dünyasının böyük qüruruna çevrilmiş bir şəxsin nümunəvi həyatından bəhs edilir. Ümumilikdə nəşrdə Səlçuk Bayraktarın mühəndis ailəsində anadan olduğu, lakin indi onun emalatxanadan dünyaya qapı açdığı qeyd edilib. Müəllif kitabın ərsəyə gəlməsi üçün Səlçuk Bayraktara aid müxtəlif video və görüntülərdən istifadə edib. Məhəbbət Əsədova bu kitabın uşaqlar üçün böyük motivasiya mənbəyi olacağını qeyd edib. Nəşr artıq iki gündür satışdadır.

4-5 ay ərzində ərsəyə gələn nəşrin şəkillərində yüksək keyfiyyətli rənglərdən istifadə edilib. Nəşrin illüstratoru Ruhulla Həsənzadədir. Kitabda yer alan fotolarda müəllifin ailəsinə aid şəkillər də var. Nəşr  “3 alma” TEAS Press Nəşriyyat Evində hazırlanıb.