Azərbaycanda benzin Türkiyə və Ermənistandan baha oldu – Avropa ölkələrinin TAM SİYAHISIbackend

Azərbaycanda benzin Türkiyə və Ermənistandan baha oldu – Avropa ölkələrinin TAM SİYAHISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəlki aylarda olduğu kimi sentyabr ayında da Avropa ölkələri arasında “Aİ-95” (“Premium”) markalı benzinin ən ucuz qiymətə satıldığı ölkə Rusiya olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Rusiyada “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 0,58 avro (1,16 manat) təşkil edir.

Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 1,96 avroya (3,92 manat) satılır.

Ötən ay Avropa ölkələri arasında 3-cü sırada olan Azərbaycanda bu gün “Aİ-95″ markalı benzinin bahalaşması səbəbindən Türkiyə və Ermənistanı keçərək 5-ci sıraya geriləyib.

Belə ki, bu günə olan məlumata görə, Azərbaycanda “Aİ-95″ markalı benzinin 1 litrinin qiyməti 1 manat 60 qəpiyə (0,80 avro) bərabərdir.

Qeyd edək ki, bu gün Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti 10%-dən çox bahalanaraq 1,45 manatdan 1,60 manata yüksəlib.

Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti sentyabr ayında aşağıdaki kimi olub:

Rusiya – 0,57 avro
Belarus – 0,70 avro
Türkiyə – 0,78 avro
Ermənistan – 0,79 avro
Azərbaycan – 0,80 avro
Gürcüstan – 0,81 avro
Ukrayna – 0,93 avro
Moldova – 0,97 avro
Şimali Makedoniya – 1,15 avro
Bolqarıstan – 1,16 avro
Bosniya və Herseqovina – 1,16 avro
Rumıniya – 1,16 avro
Albaniya – 1,19 avro
Andorra – 1,22 avro
Sloveniya – 1,26 avro
Polşa – 1,26 avro
Litva – 1,26 avro
Kipr – 1,30 avro
Macarıstan – 1,31 avro
Latviya – 1,31 avro
Çexiya – 1,32 avro
Avstriya – 1,33 avro
Malta – 1,34 avro
Lüksemburq – 1,35 avro
Serbiya – 1,37 avro
Monteneqro – 1,38 avro
Slovakiya – 1,42 avro
İspaniya – 1,42 avro
Xorvatiya – 1,43 avro
Estoniya – 1,46 avro
İslandiya – 1,49 avro
İrlandiya – 1,54 avro
Norveç – 1,57 avro
Böyük Britaniya – 1,57 avro
Fransa – 1,57 avro
Belçika – 1,59 avro
İsveçrə – 1,61 avro
Almaniya – 1,63 avro
Danimarka – 1,64 avro
İsveç – 1,66 avro
Yunanıstan – 1,68 avro
İtaliya – 1,69 avro
Finlandiya – 1,70 avro
Portuqaliya – 1,74 avro
Niderland – 1,96 avro