Azərbaycanda benzinlə bağlı RƏSMİ MƏLUMATbackend

Azərbaycanda benzinlə bağlı RƏSMİ MƏLUMAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5 012,8 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artıb. 

NOCOMMENT.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 25,8%, qazoylların (dizel yanacağının) istehsalı 18,4%, ağ neft istehsalı 14,3%, avtomobil benzinin istehsalı10,9% artıb.

Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 5,1%, sürtkü yağları istehsalı isə 48,3% azalıb.

Azərbaycanda istehsal olunan neftməhsulları:

 

 

Məhsul növləri 2025-ci ilin yanvar-noyabr aylarında istehsal edilib Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 01.12.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton 1 342,2 110,9 79,2
Ağ neft, min ton 634,4 114,3 18,6
Qazoyllar (dizel yanacağı), min ton 2 329,1 118,4 142,7
Mazut, min ton 58,7 2,1 d. 1,4
Sürtkü yağları, min ton 32,8 51,7 1,1
Maye qazlar, min ton 206,7 124,3 3,0
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton  

684,4

 

70,5

 

49,2

ondan:

neft bitumu, min ton

225,6 94,9 6,6
neft koksu, min ton 218,6 125,8