Azərbaycanda bu avtomobillərin idxal və satışı vergidən azad ediləcəkbackend

Azərbaycanda bu avtomobillərin idxal və satışı vergidən azad ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olmanın əlavə 1 il (2025-ci ilin sonuna qədər) artırılması nəzərdə tutulur.

NOCOMMENT xəbər verir ki, bu, 2023-cü ildə dövlət büdcəsi gəlirləri üzrə siyasətin əsas istiqamətlərindən biridir.

Xatırladaq ki, sözügedən hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – bu il yanvarın 1-dən 3 il müddətinə (2024-cü ilin sonuna qədər) vergidən azad edilib.