Azərbaycanda bu avtomobillərin qiyməti 2-3 min artdıbackend

Azərbaycanda bu avtomobillərin qiyməti 2-3 min artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Benzin qiymətlərindəki dəyişiklik bəzi avtomobillərin qiymətini ucuzlaşdırsa da, bəzilərinin qiymətinin artmasına səbəb olub.

NOCOMMENT.az Publika.az-a istinadən xəbər verir ki, bunlar əsasən “Chevrolet”in “Cruze” və “Malibu” modelləridir. Belə ki, əvvəllər 92 oktanlı benzinlə normal işləmədiyinə görə qiyməti hədsiz düşən bu modellər bu gün 2-3 min baha qiymətə təqdim olunur.

92 oktan benzinlə işləyən avtomobillərin qiymətində isə ucuzlaşma var.

Qeyd edək ki, ümumilikdə “Chevrolet” dünya bazarında etibarsız avtomobil kimi tanınır.

Məlumat üçün bildirək ki, Aİ-95 markalı benzin 2 manatdan 1 manat 60 qəpiyə düşüb. Bu da həmin benzinə marağı yenidən artırıb.