Azərbaycanda bu banklar kredit faizlərini ENDİRƏCƏK? – Mühüm AÇIQLAMAbackend

Azərbaycanda bu banklar kredit faizlərini ENDİRƏCƏK? – Mühüm AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 7.75-dən 7.25 faizə endirib. “Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib”, – qurumun açıqlamasında vurğulanır. Azərbaycanda son aylar illik inflyasiyanın təqribən 1 faizə düşdüyü bildirilir.

NOCOMMENT.az xəbər verir ki, AMB bundan əvvəlki üç qərarında da uçot dərəcəsini endirib. Uçot dərəcəsi aşağı olarsa, bank kreditlərinin faizləri düşməlidir. Amma bir neçə rübdür davam edən bu proseslərin fonunda Azərbaycanda kredit faizləri azalmır.

Fevralda Azərbaycandakı bankların təklif etdiyi kreditin məbləği 300 manatdan 150 min manatadək dəyişib. Kreditin illik faiz dərəcəsi 11-16 aralığında olub. Mərkəzi Bankın məlumatına görə, 2024-cü il fevralın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20.3 faiz artaraq 24 milyard 362.5 milyon manat təşkil edib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 22.2 faiz azalaraq 454.1 milyon manat olub ki, bu da ümumi kredit portfelinin 1.9 faizinə bərabərdir.

Bəs yaxın zamanlarda bank faizlərinin aşağı endirilməsi gözlənilirmi?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a bildirib ki, Mərkəzi Bankın uçot siyasətinin hələlik kredit faizlərinə ciddi təsirləri hiss olunmur:

“Son açıqlamadan da hiss olunur ki, Mərkəzi Bank növbəti dövrdə uçot dərəcəsinin depozit və kredit faizlərinə təsirinin artırılması ilə bağlı islahatların davam etdirilməsini hədəfləyir. Buna görə də, əslində bu gün biz uçot dərəcəsinin azalmasına uyğun olaraq kredit və depozit fazilərində azalmaları müşahidə etmirik. Çünki hələlik bir sıra inkişaf etmiş ölkələrdən fərqli olaraq uçor dərəcəsi kredit faizlərinə təsir edən əhəmiyyətli alətə çevrilməyib. Ona görə də bu istiqamətdə məhz islahatların davam etdirilməsi çox vacibdir”.

Deputat qeyd edib ki, kredit fazilərinin aşağı salınması üçün çox vacib məqəmlardan biri bankların cəlb etdiyi vəsaitlər üzrə xərclərin azaldılmasıdır.

Onun sözlərinə görə, əgər banklar daha ucuz vəsaitlər cəlb edə biləcəklərsə, ona uyğun olaraq da kredit faizlərini də aşağı sala bilərlər: “Buna görə də, bu istiqamətdə bankların daha ucuz vəsaitlər cəlb etməsinin təşviq edilməsi və imkanlarının genişləndirilməsi çox vacibdir. Digər tərəfdən iiə bank sektorunda islahatların dərinləşməsinə və rəqabətin daha da güclənməsinə ehtiyac var. Çünki banklar arasında rəqabət nə qədər yüksək olarsa, o rəqabət vasitəsilə kredit faizlərində azalmalar da müşahidə oluna bilər.