Azərbaycanda bu ərzaq məhsulları BAHALAŞDI – QİYMƏTLƏR + SİYAHIbackend

Azərbaycanda bu ərzaq məhsulları BAHALAŞDI – QİYMƏTLƏR + SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin yanvarında Azərbaycanda inflyasiyanın 13,6 faiz olmasında ərzaq məhsullarının və tütün məmulatlarının dəyərində yüksək artım əsas rol oynayıb. Ərzaq mallarının və tütün məmulatlarının dəyərində ümumilikdə 17,5 faizlik bahalaşma qeydə alınıb. Tütün məmulatları nəzərə alınmadıqda isə qida məhsullarında bahalaşma 18,1 faizə yüksəlib.

Bəs bu ilin ilk ayında hansı ərzaq mallarının dəyəri daha çox yüksəlib?

NOCOMMENT Sfera.az-a istinadən xəbər verir ki, 2023-cü ilin yanvarında ərzaq məhsulları arasında ötən ilin yanvarına nisbətən ən yüksək bahalaşma tərəvəzlərdə, duru yağlarda, taxıl məhsullarında və meyvələrdə baş verib.

Ərzaq malları arasında ən yüksək qiymət artımı tərəvəzlərdə qeydə alınıb. Tərəvəzlərin qiyməti orta hesabla 40 faiz artıb. Tərəvəzlərin dəyərində belə yüksək artımın baş verməsi kartof və baş soğanın qiymətinin kəskin artması ilə bağlıdır.

Kartofun bir kiloqramının orta qiyməti 47 faiz artıb. Ötən ilin yanvarında bir kiloqramının orta qiyməti 1 manat olan kartofun dəyəri bu ilin yanvarında 1,45 manata yüksəlib.

Kartofun qiymətinin kəskin artması yerli məhsulların qiymətindəki dəyişikliklə bağlı olub. Yerli kartofun qiyməti 1 manatdan 1,5 manata qədər yüksəlib. İdxal kartofu isə 0,95 manatdan 1,2 manata qədər bahalaşıb.

Digər əsas tərəvəz məhsulu olan baş soğanın qiyməti 67 faiz artıb. Bir il əvvəl kiloqramının qiyməti 0,63 manat olan baş soğan bu ilin yanvarında 1,05 manata satılıb. Baş soğanın dəyərindəki ciddi artımın əsas səbəbi həm yerli, həm də idxal mallarının bahalaşması ilə bağlıdır.

Digər tərəvəzlərdən badımcanın qiyməti 88 faiz artıb. Bir il əvvəl 2,2 manata satılan badımcan 2023-cü ilin yanvarında 4,2 manata təklif edilib. Bu il həm yerli, həm də idxal badımcan kəskin bahalaşıb.

Dəyəri çox artan tərəvəzlərdən şirin bibər (2,2 manatdan 2,9 manata) və istixanada yetişdirilən xiyar (3 manatdan 4,05 manata) da var.

Digər tərəvəzlərin qiymətində artım çox böyük olmayıb. Hətta bir neçə tərəvəz olub ki, onun qiyməti enib.