Azərbaycanda bu işlər dövlət sifarişi kimi təsdiq olunacaqbackend

Azərbaycanda bu işlər dövlət sifarişi kimi təsdiq olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən nərə balıq növünün süni artırılması, təbii populyasiyasının bərpası və qorunması, laboratoriyaların fəaliyyətinin təmin edilməsi, geoloji-kəşfiyyat, xəritəçəkmə, şəhərsalma və ərazilərin minalardan təmizlənməsi işləri dövlət sifarişi kimi təsdiq olunacaq.

NOCOMMENT xəbər verir ki, bu, “2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” ölkə Prezidentinin 2020-ci il 30 dekabr tarixli fərmanının icrasının təmin edilməsi haqqında Nazirlər Kabinetinin sərəncamında öz əksini tapıb.

Sərəncama əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik büdcə vəsaiti hesabına maliyyələşən nərə balıq növünün süni artırılması, təbii populyasiyasının bərpası və qorunması, laboratoriyaların fəaliyyətinin təmin edilməsi, geoloji-kəşfiyyat, xəritəçəkmə, şəhərsalma və ərazilərin minalardan təmizlənməsi işlərinin dövlət sifarişi kimi təsdiq olunması üçün Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.