Azərbaycanda bu peyvəndlərin sınağı üçün könüllü axtarılırbackend

Azərbaycanda bu peyvəndlərin sınağı üçün könüllü axtarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ən böyük tibb mərkəzlərindən biri olan Bakı Sağlamlıq Mərkəzi könüllüləri COVID-19 koronavirus infeksiyasının profilaktikası üçün – Rusiyanın “Sputnik V” və İngiltərə-İsveç birgə istehsalı olan “R-COVİ” peyvəndlərinin kombinə edilmiş tətbiqinin klinik tədqiqatında iştirak etməyə dəvət edir.

NOCOMMENT.az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, Azərbaycandakı tədqiqatlar 2020-ci ilin dekabr ayında “R-Pharm” Şirkətlər Qrupu, “AstraZeneca” şirkəti, N.F.Qamaleya adına ETİ və Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) tərəfindən imzalanan əməkdaşlıq memorandumu çərçivəsində aparılır. Klinik tədqiqatlar tədqiqatlarının planlaşdırılması və aparılması üzrə beynəlxalq etik və elmi GCP (Good Clinical Practice – Müvafiq Klinik Təcrübə) standartına müvafiq olaraq və Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş klinik tədqiqat protokoluna əsasən həyata keçirilir.

Sınaqlarda yaşı 18-dən yuxarı butün vətəndaşlar iştirak edə biləcəklər. Tədqiqata başlamazdan əvvəl bütün potensial iştirakçılar lazımi müayinədən keçiriləcəklər. Pasiyentlər istənilən mərhələdə tədqiqat proqramından çıxmaq hüququna malikdirlər. Sınaqlarla bağlı risklər sığortalanacaq. /Lent.az