Azərbaycanda bu şəxslərə 2600 manat birdəfəlik müavinət veriləcək – YENİ QANUNbackend

Azərbaycanda bu şəxslərə 2600 manat birdəfəlik müavinət veriləcək – YENİ QANUN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin fevralın 14-də keçirilən plenar iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, valideynlərini itirən uşaqlara birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi nəzərdə tutulur.

NOCOMMENT.az xəbər verir ki, qanuna dəyişikiliyi şərh edən Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununun 5-ci maddəsinin   6-cı abzasına əsasən, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar:

“Qanundan göründüyü kimi birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Məlum olduğu kimi orta əmək haqqı aylar və illər üzrə dəyişir. Eyni zamanda bu kateqoriyalardan olan şəxslərə verilən birdəfəlik pul vəsaiti onun təsis olunduğu tarixdən indiyədək həmin şəxslərin təhsil müəssisəsini bitirdiyi ildən əvvəlki il üzrə ölkə üzrə orta əmək haqqının iki misli məbləğində təyin edilərək ödənilir və dövlət büdcəsindən bu məqsəd üçün məhz həmin məbləğ əsas götürülərək vəsait ayrılır.

Belə ki, bir neçə il əvvəl təhsil müəssisəsini bitirən bu kateqoriyadan olan şəxslər birdəfəlik pul vəsaitinin alınması üçün müraciət etdikdə, onlara həmin dövr üçün müəyyən edilmiş respublika üzrə orta əmək haqqının iki misli məbləğində ödəniş həyata keçirilir. Həmin ödənişin məbləği təhsil müəssisəsini daha sonra bitirən bu kateqoriyadan olan şəxslərin aldıqları birdəfəlik pul vəsaitindən az olur. Həm təhsil müəssisəsini müxtəlif dövrlərdə bitirən bu kateqoriyadan olan şəxslərin aldıqları birdəfəlik pul vəsaitinin məbləğlərinin fərqli olduğundan, həm Qanunda orta əmək haqqının hansı dövr üçün hesablanması qeyri-müəyyən olduğundan, bu hallar vətəndaşların narazılığına səbəb olur”.

O əlavə edib ki, bundan əlavə, dövlət tərəfindən ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə onlara ödənilən aylıq və ya birdəfəlik müavinətlərin məbləği əsasən Azərbaycan Respublikasının Prezidentinin müvafiq aktları ilə konkret məbləğdə müəyyən edilir:

“Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiqi, qanunvericilikdə qeyri-müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə Qanunun 5-ci maddəsinin altıncı hissəsində müvafiq dəyişiklik edilməsi ilə bağlı hazırlanıb. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihəsində bu kateqoriyadan şəxslərə verilməli olan birdəfəlik pul vəsaitinin məbləğinin 2600 manat müəyyən edilməsi təklif edilib”.

Qeyd edək ki, qanuna təklif edilən dəyişiklik Milli Məclisin iclasında müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.\\iqtisadiyyat.az